Ukrayna Silahlı Qüvvələrinin sabiq Baş komandanı Aleksandr Sırski vəzifəsindən ayrılarkən ordunu varisi Mixaylo Drapatıya hücum əməliyyatları aparan vəziyyətdə təhvil verdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, Sırski Telegram-da yazdığı vida müraciətində rəhbərliyi dövründə Ukrayna ordusunun bu il 700 kvadrat kilometr ərazini azad etdiyini bildirib.
"İki il əvvəl ağır müdafiə döyüşləri aparan ordu bu gün hücum edir. Mən varisimə təkcə müdafiə olunan deyil, həm də təşəbbüsü əlində saxlayan, strukturlaşmış və düşmənə necə zərbə vuracağını bilən şəxsi heyətə malik ordunu təhvil verirəm", – deyə o vurğulayıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
10:00 / 22.07.2026
Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO
Hazırda oxunan: Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO
Hazırda oxunan: Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO
626751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































