Ukraynada hazırlanaraq döyüş şəraitində sınaqdan keçirilmiş "Magura" dəniz pilotsuz aparatlarının istehsalına ilk dəfə ABŞ-da başlanılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
ABŞ-ın xüsusi təyinatlı qayıqlar istehsal edən ReconCraft şirkəti ilə Ukraynanın Uforce şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər material, avadanlıq və işçi qüvvəsini birgə təmin edəcəklər.
Bildirilib ki, Oreqon və Cənubi Karolina ştatlarında hər il yüzlərlə, hətta minlərlə "Magura" dronunun istehsalı planlaşdırılır. Bu pilotsuz sürətli qayıqlar 770 kiloqrama qədər yük daşıya və təxminən 560 kilometr məsafə qət edə bilir.
Bizim.Media






































































































