ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının mülki nüvə proqramının inkişafına imkan verən strateji sazişi təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
30 il müddətinə nəzərdə tutulan və dəyəri on milyardlarla dollar qiymətləndirilən saziş çərçivəsində ABŞ şirkətləri Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun yaradılmasında əsas rol oynayacaq.
Razılaşmaya əsasən, tərəflər layihəni məqsədəuyğun hesab edərsə, ABŞ şirkətləri krallıqda uranın zənginləşdirilməsi üzrə müəssisə də inşa edəcəklər.
Ağ Evin açıqlamasına görə, bu model Vaşinqtona Səudiyyə Ərəbistanının nüvə proqramına nəzarəti saxlamağa və onun hərbi məqsədlər üçün istifadəsinin qarşısını almağa imkan verəcək.
Bizim.Media





































































































