Sankt-Peterburqda ənənəvi metroya alternativ olaraq yerüstü metronun yaradılması planlaşdırılır.
Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə şəhər nəqliyyat komitəsinin sədri Denis Minkin məlumat verib.
"Mühüm vəzifələrdən biri şəhərdə yerüstü metronun yaradılması üçün əsasların qoyulmasıdır", - deyə şəhər hökumətinin iclasında çıxış edən komitə sədri bildirib.
Yeni yerüstü metro layihəsi şəhər elektrik qatarlarının vahid nəqliyyat şəbəkəsini əhatə edəcək və ildə təxminən 180 milyon sərnişin daşımaq gücündə olacaq.
Minkinin sözlərinə görə, bu layihənin reallaşdırılması üçün ilk addım dəmir yolu nəqliyyatının şəhərdaxili daşımalar sisteminə inteqrasiya edilməsidir. İkinci mühüm mərhələ isə vahid bilet sisteminin tətbiqi olacaq. Belə ki, sərnişinlər "Podorojnik" kartı vasitəsilə elektrik qatarından metroya və ya əksinə keçid edərkən xüsusi güzəştlər əldə edə biləcəklər.
Bizim.Media




































































































