ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

Hazırda oxunan: ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

626696

ABŞ-nin Miçiqan ştatında "partlayışlı" diyareyaya (kəskin ishal) səbəb olan infeksiyaya yoluxanların sayı 6,5 min nəfəri ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə Miçiqan Səhiyyə və Sosial Xidmətlər Departamentinin məlumatında bildirilib.

Qurumun rəsmi bəyanatında, "Ümumi yoluxma hallarının sayı: 6571", – deyə qeyd olunub.
 

Departament bir gün əvvəl (bazar ertəsi) ştatda 6148 yoluxma faktının aşkarlandığını bildirmişdi.


Bundan əvvəl "The Washington Post" qəzeti sanitariya qurumlarının bu kütləvi tsiklosporoz – "partlayışlı" diyareyaya yoluxma dalğasında "Taco Bell" restoranlar şəbəkəsinin iştirakını araşdırdığı barədə məlumat yaymışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin