Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

Hazırda oxunan: Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

626680

Şərqi Azərbaycan əyalətinin Təbriz şəhəri ilə Qazaxıstanın Almatı şəhərləri qardaşlaşmış şəhərlər elan ediləcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə "MehrNews" məlumat yayıb.

Təbriz şəhərinin başçısı Yaqub Huşyar Qazaxıstanın İrandakı səfiri Ontalap Onalbayevlə görüşündə bildirib ki, bununla bağlı müqavilənin imzalanması istiqamətində işlər aparılır.
 

O, Təbrizin tarixi, mədəni, elmi, sənaye və iqtisadi imkanlarına toxunaraq, səfirin Təbrizdə olmasının, xüsusilə mədəni, sosial, iqtisadi və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafının başlanğıcı olacağına ümid etdiyini bildirib.


Qeyd edək ki, Təbriz və Almatı şəhərlərinin qardaşlaşmış elan edilməsi haqqında təklif 2016-cı ildə Təbriz Şəhər Şurası tərəfindən irəli sürülsə də, məsələ bu günə kimi həyata keçirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin