İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

Hazırda oxunan: İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

626668

Fransada İranın müvəqqəti işlər vəkili iki fransalı diplomatın İranda saxlanılması ilə əlaqədar respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media bu barədə TASS-a istinadla xəbər verir.

"Ona bu qəsdən və məqsədyönlü şəkildə törədilmiş aqressiv hərəkəti ən qəti şəkildə pislədiyimiz çatdırılıb", – deyə Fransa xarici siyasət idarəsinin bəyanatında bildirilir.
 

Nazirlikdən qeyd olunub ki, insident diplomatik heyətin təhlükəsizliyinə təminat verən Vyana konvensiyalarının pozulması deməkdir və bu addımların nəticəsiz qalmayacağı barədə xəbərdarlıq edilib.


Kommünikedə deyilir: "Fransa İran hakimiyyətindən bu insidentin təfərrüatlarına aydınlıq gətirməsini, günahkarları cəzalandırmasını və beynəlxalq öhdəliklərinə uyğun olaraq obyektlərimizin və əməkdaşlarımızın təhlükəsizliyini təmin etməsini gözləyir".

Qeyd edək ki, Fransa xarici işlər naziri Jan-Noel Barro bazar günü İranda iki fransalı diplomatın saxlanıldığını bəyan etmişdi. Onun sözlərinə görə, diplomatlar bir neçə saat saxlanılıb, dindirilib və onlardan biri kobud rəftara məruz qalıb. Hazırda diplomatlar artıq azadlıqdadır və yaxın vaxtlarda Fransaya qayıtmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin