Ukrayna istehsalı olan PUA-lar Rusiya dronlarının belə MƏHV EDİR – VİDEO

Hazırda oxunan: Ukrayna istehsalı olan PUA-lar Rusiya dronlarının belə MƏHV EDİR – VİDEO

626650

Ukraynanın "General Çereşnya" şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları 2026-cı ilin iyun ayında Rusiyaya məxsus 13 mindən çox "Molniya" dronunu məhv edib.

Bizim.Media xəbər verir ki, bu göstərici iyun ayında vurulan "Molniya" tipli dronların ümumi sayının 43 faizini təşkil edir.

Şirkətin məlumatına görə, "Molniya" Rusiya ordusunun cəbhədə ən geniş istifadə etdiyi pilotsuz uçuş aparatlarından biridir.

Bu dronlar kəşfiyyat, zərbə və FPV dronlarını döyüş zonasına çatdıran daşıyıcı vasitə kimi istifadə olunur.

Qeyd olunub ki, "General Çereşnya AIR" dronu bu yaxınlarda İvano-Frankovsk vilayətində rekord yüksəklikdə uçan "Molniya" PUA-sını da məhv edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin