Qəbiristanlıqda ölənlərlə "danışmaq" üçün telefon köşkü quraşdırıldı – FOTO

Hazırda oxunan: Qəbiristanlıqda ölənlərlə "danışmaq" üçün telefon köşkü quraşdırıldı – FOTO

626649

Almaniyanın Elmshorn şəhərindəki qəbiristanlıqda ziyarətçilərin vəfat etmiş yaxınları ilə "söhbət etməsi" üçün xüsusi telefon köşkü istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, telefon şəbəkəyə qoşulmasa da, ziyarətçilər dəstəyi qaldıraraq dünyasını dəyişən yaxınlarına ürəklərində qalan sözləri deyə bilirlər.

Qəbiristanlıq rəhbərliyi bildirib ki, bu təşəbbüs insanların yas prosesini daha rahat keçirməsinə kömək etmək məqsədi daşıyır.
 

“Telefon” ideyası bir yaponiyalıya məxsusdur. Belə ki, 2010-cu ildə Otsuçi qəsəbəsinin sakini vəfat etmiş əmisioğlu ilə "ünsiyyət qurmaq" üçün öz bağında istifadədən çıxarılmış telefon köşkü quraşdırıb.


2011-ci ildə baş vermiş dağıdıcı zəlzələ və sunamidən sonra isə Yaponiyanın hər yerindən insanlar itkin düşən və həlak olan yaxınları ilə "danışmaq" üçün Otsuçi qəsəbəsinə gəlməyə başlayıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin