Polşada qeyri-adi hadisə: Qunduz kişinin alt paltarını oğurladı

Hazırda oxunan: Polşada qeyri-adi hadisə: Qunduz kişinin alt paltarını oğurladı

626624

Polşada qeyri-adi hadisə baş verib. Bir kişi həyətində qurumağa qoyduğu paltarların müəmmalı şəkildə yoxa çıxmasının səbəbini nəhayət öyrənib.

Bizim.Media xəbər verir ki, bu barədə Fakt nəşri yazıb.

Məlumata görə, kişi qunduzun paltar ipinə yaxınlaşaraq alt paltarını qoparıb dişinə keçirdiyini və suya tərəf qaçdığını öz gözləri ilə görüb.

Onun sözlərinə görə, heyvan geriyə dönərək fısıldayıb və sonra göldə itib.

Zərərçəkən hesab edir ki, qunduz oğurladığı paltardan yuvasının tikintisində istifadə etmək istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin