Polşadan əcnəbilərin deportasiyası üzrə REKORD – Daha çox bu ölkələrdən...

Hazırda oxunan: Polşadan əcnəbilərin deportasiyası üzrə REKORD – Daha çox bu ölkələrdən...

626603

2026-cı ilin əvvəlindən bəri Polşa hakimiyyəti immiqrasiya siyasətini kəskin şəkildə sərtləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə ”Rzeczpospolita” qəzeti ölkənin Sərhəd Mühafizəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, yanvar-iyun ayları arasında ölkədən 5600 əcnəbi çıxarılıb.

Nəşrin məlumatına görə, deportasiyaların sayı artıq 2025-ci ilin ümumi sayını keçib. Bu, həmçinin ilin birinci yarısı üçün rekord göstəricidir.

Yeri gəlmişkən, Polşa ötən il cəmi 3800 əcnəbini deportasiya edib. Bunlar əsasən Özbəkistan, Kolumbiya və Gürcüstan vətəndaşları idi.
 

Qəzet həmçinin bildirir ki, bu ölkələrin vətəndaşlarının deportasiyası hava yolu ilə həyata keçirilir. Varşava bu məqsədlər üçün Aİ-nin xarici vətəndaşların məcburi çıxarılması üçün xüsusi fondundan (FAMI) vəsait istifadə edir. Artıq Polşaya təxminən 175 milyon zloti (təxminən 46 milyon dollar) yardım edib. Miqrantların deportasiyası üçün Polşa büdcəsindən əlavə 58 milyon zloti (15 milyon dollar) ayrılıb.


Eyni zamanda, Polşa mediası yaşayış icazəsi olan əcnəbilərin də ölkədən deportasiya edilə biləcəyini vurğulayır. Bu miqrantlar adətən ödənilməmiş cərimələr və yol hərəkəti qaydalarının pozulması kimi müxtəlif qanun pozuntularına görə ölkədən çıxarılırlar.

Melisa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin