Tbilisi küçələri su altında qaldı - VİDEO

Hazırda oxunan: Tbilisi küçələri su altında qaldı - VİDEO

626549

Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, Gürcüstan mediasının məlumatına görə, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi yaşayış massivlərində küçələr su altında qalıb, Vazisubani qəsəbəsində isə yaşayış binalarının zirzəmilərini su basıb.

Əlverişsiz hava səbəbindən şəhərin müxtəlif hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Gürcüstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına əsasən, iyulun 21-nə keçən gecə Tbilisi və ətraf rayonlarda arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntıların intensiv olacağı proqnozlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin