Kiyevdə SU BÖHRANI - Qiymətlər kəskin ARTIRILDI

Hazırda oxunan: Kiyevdə SU BÖHRANI - Qiymətlər kəskin ARTIRILDI

626533

Kiyevdə metrodan sonra su təchizatı və kanalizasiya xidmətlərinin tariflərinin də artırılması təklif edilib.

Bizim.Media xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

"Kyivvodokanal" yeni tarif layihəsini təqdim edib. Layihəyə əsasən, su təchizatı tarifinin hər kubmetr üçün 16,16 qrivnadan 50,69 qrivnaya, kanalizasiya xidmətinin isə 14,22 qrivnadan 38,21 qrivnaya qaldırılması təklif olunur.

Beləliklə, su təchizatı və kanalizasiya üzrə ümumi tarifin hazırkı 30,38 qrivnadan 88,90 qrivnayadək yüksəlməsi nəzərdə tutulur.

Bildirilir ki, tarif artımının məqsədi müharibə və kritik infrastruktur üçün davam edən risklər şəraitində su təchizatı və kanalizasiya sistemlərinin sabit fəaliyyətini təmin etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin