İspaniyada bəzi işəgötürənlər xəstəlik vərəqəsində olan əməkdaşların həqiqətən müalicə alıb-almadığını yoxlamaq üçün özəl detektivlər işə cəlb edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə El País nəşri məlumat yayıb.
2008-ci ildən bəri ölkədə xəstəlik vərəqələrinin sayı təxminən iki dəfə artıb. Bu səbəbdən bəzi şirkətlər şübhəli hallarda əməkdaşları ictimai yerlərdə izləmək üçün detektivlərdən istifadə edirlər. Qanun buna icazə verir və toplanan materiallar məhkəmədə sübut kimi təqdim oluna bilər.
Belə hallardan birində qoltuqağacı ilə hərəkət edən bir şəxsin idmanla məşğul olduğu, bel ağrısı səbəbindən məzuniyyətdə olan digər əməkdaşın isə avtomobil emalatxanasında işlədiyi müəyyən edilib.
Bununla belə, məhkəmələr hər hadisəni ayrıca qiymətləndirir. Məsələn, depressiya diaqnozu ilə xəstəlik vərəqəsində olan bir işçinin barlara getməsi qanun pozuntusu hesab edilməyib və məhkəmə bunun sağalma prosesinə müsbət təsir göstərə biləcəyini nəzərə alaraq işçinin xeyrinə qərar çıxarıb.
Bizim.Media
































































































