Britaniyanın yeni XİN və maliyyə nazirləri BƏLLi OLDU

Hazırda oxunan: Britaniyanın yeni XİN və maliyyə nazirləri BƏLLi OLDU

626481

Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem keçmiş Energetika naziri Ed Milibəndi ölkənin Xarici İşlər naziri vəzifəsinə təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir dəftərxanasının "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

"Ed Milibənd Xarici İşlər naziri təyin edilib", — deyə paylaşımda bildirilib.
 

Xatırladaq ki, 2025-ci ilin sentyabr ayından etibarən "Forin-ofis"ə (Böyük Britaniya XİN) İvett Kuper rəhbərlik edirdi. Böyük Britaniyanın keçmiş Müdafiə naziri Con Hili isə Maliyyə naziri vəzifəsinə təyin olunub.


Qeyd edək ki, iyulun 20-də Endi Bernem Kral III Çarlz tərəfindən hökuməti formalaşdırmaq mandatı alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.

Buna qədər — iyunun 22-də Kir Starmer Böyük Britaniyanın Baş naziri postunu tərk edəcəyini elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin