Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur

Hazırda oxunan: Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur

626452

Dünyanın ən gözəl sözü seçilib.

Bizim.Media verir ki, xarici KİV-in məlumatına görə, Yeni Zelandiyanın yerli maori dilinə aid olan "Kaitiakitanga" sözü xüsusi mükafata layiq görülüb.
 

Bildirilir ki, bu sözün digər dillərdə dəqiq qarşılığı yoxdur. Termin insanların gələcək nəsillər naminə təbiəti qorumaq və ona qayğı göstərmək məsuliyyətini ifadə edir. Maori mədəniyyətində insanlar özlərini təbiətin sahibi deyil, onun ayrılmaz hissəsi hesab edirlər.


Söz beynəlxalq dil platforması tərəfindən sosial şəbəkələrdə və dilçilik forumlarında aparılan müzakirələr əsasında müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sözün səslənişi, mənası, tələffüzü və mədəni dəyəri nəzərə alınıb.

Müsabiqə çərçivəsində 75-dən çox dili təmsil edən 223 söz araşdırılıb və nəticədə "Kaitiakitanga" dünyanın ən gözəl sözü seçilib. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin