Qalibaf: “ABŞ-ın oyunlarını tanıyırıq və buna hazırıq” – FOTO

Hazırda oxunan: Qalibaf: “ABŞ-ın oyunlarını tanıyırıq və buna hazırıq” – FOTO

626416

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-ı bölgəyə hərbi texnika göndərməyə davam etməkdə tənqid edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
 

“Amerikalılar bölgəyə davamlı olaraq yeni hərbi texnika gətirir və bunun müharibəni dayandırmaq məqsədi daşıdığını iddia edirlər. Bizim zəkamızı özlərinin aşağı IQ səviyyəsinə görə qiymətləndiriblər.


Biz artıq ABŞ-ın bu cür addımlarını düzgün qiymətləndirmək üçün kifayət qədər təcrübə qazanmışıq.

Biz ABŞ-ın bu oyunlarını tanımaq mərhələsinə çatmışıq və buna uyğun şəkildə hazırlaşmışıq. Atılan addımlar deyilənləri təsdiqləməli, onları təkzib etməməlidir", - deyə Qalibaf yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin