Pentaqon ABŞ bazalarına İran zərbələri barədə məlumatları gizlədib?

Hazırda oxunan: Pentaqon ABŞ bazalarına İran zərbələri barədə məlumatları gizlədib?

626383

Pentaqon İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi bir neçə zərbə ilə bağlı məlumatları ictimaiyyətdən gizlədib.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Nəşrin yazdığına görə, həmin hücumlar nəticəsində onlarla ABŞ hərbçisi yaralanıb, həmçinin bir neçə hərbi helikopterə ziyan dəyib.
 

ABŞ rəsmiləri məlumatın açıqlanmamasını əməliyyat təhlükəsizliyi ilə əsaslandıraraq bildiriblər ki, bu cür detalların dərc edilməsi İranın növbəti hücumları planlaşdırmasına kömək edə bilər.


The New York Times qeyd edir ki, fevralın 28-dən başlayan müharibə dövründə 16 ABŞ hərbçisi həlak olub, 400-dən çoxu isə yaralanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin