Pentaqon rəhbərindən İrana qarşı zərbələrə REAKSİYA: "Onlar pis seçim ediblər"

Hazırda oxunan: Pentaqon rəhbərindən İrana qarşı zərbələrə REAKSİYA: "Onlar pis seçim ediblər"

624777

ABŞ-ın müdafiə naziri (müharibə naziri) Pit Xeqset İrana qarşı həyata keçirilən yeni zərbələr dalğası ilə bağlı sərt bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, nazir özünün sosial şəbəkə hesabında İranda vurulan hərbi hədəfləri şərh edərək, rəsmi Tehranın yanlış qərarlar verdiyini bildirib.

"İran pis seçim etdi. İndi onlar bunun əvəzini ödəyirlər", – deyə Xeqset vurğulayıb.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı üçüncü zərbələr dalğası zamanı ölkə ərazisində 140-a yaxın hərbi hədəf məhv edilib.

Hərbi əməliyyatların əsas səbəbi kimi İranın Hörmüz boğazında yaratdığı təhlükəsizlik böhranı göstərilir. Rəsmi Tehran isə ABŞ-ın hərbi müdaxiləsi dayandırılana qədər boğazın bağlı qalacağını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin