Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Hazırda oxunan: Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

622456

Ağ Ev rəhbərliyi, tender prosedurlarından yan keçərək gizli şəkildə dəyəri 500 milyon dollara qədər olan yeni bal zalının tikintisinə dair müqavilə bağlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə nüfuzlu "The Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin əldə etdiyi sənədlərə və mənbələrin məlumatına görə, sözügedən rəsmi saziş xüsusi bir sxem əsasında rəsmiləşdirilib.

Bu mexanizm Ağ Evə standart dövlət satınalmaları prosedurlarından və xərclərə ciddi nəzarət edən qanuni mexanizmlərdən tamamilə yan keçmək imkanı yaradıb.

Müqavilənin məxfi saxlanılması və tender keçirilmədən birbaşa icraçıya verilməsi, Konqres kuluarlarında və ictimaiyyətdə büdcə vəsaitlərinin şəffaflığı ilə bağlı ciddi suallar və etirazlar doğurub. Ekspertlər bu addımın dövlət xərclərinin monitorinqi prinsiplərinə zidd olduğunu vurğulayırlar.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bal zalının tikilməsi arzusunu dəfələrlə dilə gətirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin