ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri qurumun rəhbəri Pit Hegsetin fəaliyyətindən kəskin narazıdırlar. Onun tabeliyində olan şəxslərin rəyini tamamilə qulaqardına vurması nazirlik əməkdaşlarının mənəvi-psixoloji durumuna ciddi mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı öz şəxsi mənbələrinə istinadən "Daily Mail" qəzeti yayıb.
Nəşrin məlumatına görə, hazırda Pentaqonda işçilərin mənəvi ruhu ən aşağı səviyyəyə enib.
Buna səbəb kimi nazirin ünsiyyət forması göstərilir. Belə ki, Pit Hegset öz siyasətinə yönələn hər hansı tənqidə tabeçiliyindəkilərə qısaca "çünki mən belə deyirəm" ifadəsi ilə cavab verir.
Bundan əlavə, heç bir izahat verilmədən həyata keçirilən ardıcıl işdən azadetmələr nazirliyin aparatını tamamilə demoralizə edib və hərbçilərin işində böyük çaşqınlıq yaradıb.
Adı açıqlanmayan yüksək rütbəli rəsmi şəxs nəşrə mövcud vəziyyəti belə təsvir edib:
"O, qərarlarını şəxsi ambisiyalarının və siyasi maraqlarının təsiri altında verir. Pit üçün hər şey sadəcə “çünki mən belə deyirəm” prinsipindən ibarətdir. Burada heç bir müzakirədən və ya birgə rəydən söhbət gedə bilməz. Hər şey yalnız onun istədiyi kimi olacaq, çünki o, belə qərar verib".
Qəzetin həmsöhbətləri hesab edirlər ki, amerikalı nazir "özünün alternativ reallığını yaradıb".
Nazirliyin digər bir əməkdaşı isə vurğulayıb ki, yüksək rütbəli şəxslərin görünən heç bir səbəb olmadan kütləvi şəkildə istefaya göndərilməsi yüz minlərlə tabeçilikdə olan şəxsi çıxılmaz vəziyyətdə qoyub və idarəetməni qeyri-sabitləşdirib.
Buna misal olaraq, ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarına rəhbərlik edən amerikalı general Kristofer Donahyunun qəfil işdən çıxarılması göstərilir. Mənbələrdən biri generalın gedişini bütün şəxsi heyət üçün "gözlənilməz və ağır bir zərbə" kimi qiymətləndirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:25 / 30.06.2026
Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR
Hazırda oxunan: Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR
Hazırda oxunan: Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR
622353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































