İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

Hazırda oxunan: İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

620602

Uzun illərdir, xüsusilə də son bir ildə HƏMAS-ın İordan çayının qərb sahili (Qərb sahili) üzrə məsul bölməsinin fəalları irimiqyaslı terror fəaliyyətinin koordinasiyası və genişləndirilməsi ilə məşğuldurlar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (SAXAL) və İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) mətbuat xidməti birgə bəyanatında yayıb.

Məlumata görə, sözügedən şəbəkə terror aktlarının törədilməsi üçün döyüşçülərin cəlb edilməsi (verbovka), həmçinin əməliyyatların icrası üçün silah və maliyyə vəsaitlərinin ötürülməsi ilə məşğul olur. Hazırda HƏMAS-ın Qərb sahili üzrə bölməsinə Ziyar Cabarin rəhbərlik edir, onun hərbi qanununa isə Ayman Abu Xəlil başçılıq edir.

Aparılan birgə istintaq və kəşfiyyat tədbirləri nəticəsində HƏMAS fəallarının adları və funksiyaları müəyyən edilib:

Ayman Şarauna: Yeni döyüşçülərin sıralara cəlb olunması və terror fəaliyyətinin irəlilədilməsi ilə məşğul olub.

Məhəmməd Məllah: Terror fəaliyyətinin maliyyələşdirilməsi üçün pul vəsaitlərinin ötürülməsində birbaşa iştirak edib.

Məcid Caba: 2023-cü ilin noyabrında "Manatser" keçid məntəqəsində baş vermiş terror aktında istifadə olunan silahların qaçaqmalçılığı prosesində iştirak edib. Türkiyədən fəaliyyət göstərir.

Valid Abu Nasar: Betleyemdəki (Vifleyem) terror infrastrukturunun birbaşa maliyyələşdirilməsini təmin edib. 

Salyam Yaiş: Hücumların və terror aktlarının törədilməsi üçün operativ şəkildə döyüşçü qruplarının yığılması ilə məşğul olub. 

İsrail təhlükəsizlik strukturlarının bəyanatında qeyd olunur ki, son bir il ərzində onlarla terror aktının qarşısı vaxtında alınıb. İddia olunur ki, bu fəallar döyüşçülərlə görüşlər təşkil edir, yerli rabitə və logistika infrastrukturundan istifadə etməklə pul və təlimat ötürürlər.

Həmin vəsaitlər isə sonradan İsrail daxilində hücumların hazırlanmasına yönəldilir.

"ŞABAK və İsrail ordusu terror strukturları ilə qurulan istənilən əlaqəni, eləcə də Qərb sahilindəki terror infrastrukturunun maliyyələşdirilməsi və silah tədarükündə iştirakı maksimum dərəcədə ciddi qəbul edir. İsrail Dövləti vətəndaşlarının təhlükəsizliyini təmin etmək və təhdidlərin qarşısını almaq üçün bundan sonra da qətiyyətli addımlar atmağa davam edəcək", - deyə ŞABAK-ın rəsmi bəyanatında vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin