"Yeltsinin qələbəsinə son ana qədər inanmırdıq": 1996-cı il seçkilərinin pərdəarxası məqamları

Hazırda oxunan: "Yeltsinin qələbəsinə son ana qədər inanmırdıq": 1996-cı il seçkilərinin pərdəarxası məqamları

619674

1996-cı ildə Rusiya Prezidenti postu uğrunda tarixin ən gərgin siyasi mübarizələrindən biri yaşandı. Hələ həmin ilin qışında həm yerli, həm də xarici ekspertlər Kommunist Partiyasının lideri Gennadi Züqanovun qələbə qazanacağını birmənalı şəkildə proqnozlaşdırırdılar. Lakin "Ural külçəsi" adlandırılan Boris Yeltsin hamını təəccübləndirərək kommunist rəqibini geridə qoymağı bacardı. O dövrdə bu qələbəni "möcüzə" adlandırırdılar — Rusiya torpağında Qərb siyasi texnologiyalarının tətbiqinin real möcüzəsi.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, "Komsomolskaya Pravda" qəzeti 1996-cı ilin yaz və yay aylarında Yeltsinin seçki qərargahında yer alan və onun qalib gəlməsində ciddi rol oynamış tanınmış şəxsiyyət Sergey Lisovskiyə müraciət edib.

Hazırda Rusiya Dövlət Dumasının deputatı olan Lisovski, çılğın 90-cı illərdə Rusiya şou-biznesinin və kütləvi informasiya vasitələrinin ən aparıcı fiqurlarından biri idi.

"Son ana qədər inam yox idi"

Sergey Lisovski mətbuata verdiyi açıqlamada həmin tarixi günlərin pərdəarxası məqamlarına toxunub. O etiraf edib ki, seçki qərargahında çalışan hər kəs gecə-gündüz yalnız qələbə haqqında düşünsə də, son saniyəyə qədər bu nəticənin əldə olunacağına dair daxili bir əminlik yox idi:
 

"Əlbəttə, qərargahda hamımız qələbəyə köklənmişdik və bunun üçün çalışırdıq. Lakin reallıq bədbin idi və son ana qədər Boris Yeltsinin qalib gələcəyinə tam inana bilmirdik".


Xatırladaq ki, 1996-cı il seçkiləri Rusiyanın müasir tarixində ən aqressiv və genişmiqyaslı piar kampaniyalarının (məsələn, məşhur "Səs ver, yoxsa uduzarsan" layihəsi) tətbiq olunduğu və ölkənin gələcək siyasi kursunu təyin edən dönüş nöqtəsi hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin