Meksikada şar səbətində yanğın olub, ölənlər var

Hazırda oxunan: Meksikada şar səbətində yanğın olub, ölənlər var

619345

Meksikanın Mexiko ştatında şar səbətinin yanması nəticəsində iki nəfər ölüb.

Hadisə Teotiuakan arxeoloji sahəsi üzərində baş verib.

Olay sonucunda 2 nəfər ölüb, 13 yaşlı qız yaralanıb. Şarı idarə edən şəxsin durumu bəlli deyil, çünki yaxınları onu qəza yerindən aparıblar.

Hadisə şahidlərinin sözlərinə görə, ölənlər evli cütlük olub. Yanğından xilas olmağa çalışaraq, böyük hündürlükdən səbətdən tullanıblar. İlkin məlumata görə, 13 yaşlı qız onların övladıdır. O, xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbinin yanacağın sızması olduğu ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin