İrana hücum hazırlığı: ABŞ desant göndərdi - Təcili

Hazırda oxunan: İrana hücum hazırlığı: ABŞ desant göndərdi - Təcili

618233

ABŞ-ın 82-ci Hava-Desant Diviziyasının (82nd Airborne) bu ilin mart ayında Yaxın Şərqə göndərilməsi ilə bağlı yeni detallar ortaya çıxıb. Belə ki, Pentaqon bölmənin bir hissəsinin İsrailə yerləşdirildiyini ictimaiyyətdən gizlədib.

Bizim.Media xəbər verir ki, bu barədə amerikalı jurnalist Kennet Klipenşteyn məlumat yayıb.

Amerikalı jurnalistin əldə etdiyi hərbi sənədlərə əsasən, 2026-cı il aprelin 7-də verilən əmrlə 2-ci batalyonun 501-ci piyada alayının (“Geronimo” batalyonu) hərbçiləri müvəqqəti xidmət məqsədilə İsrailə göndərilib. Bu məlumat indiyədək rəsmi şəkildə açıqlanmayıb.
 

Mənbələrin iddiasına görə, sözügedən yerləşdirmə ABŞ və İsrail arasında son aylarda hazırlanmış birgə hərbi planlarla əlaqəlidir. Həmin planlarda İranın əsas neft ixrac mərkəzlərindən biri hesab olunan Xark adasının ələ keçirilməsi və İran sahillərində nəzarət zonasının yaradılması kimi ssenarilər nəzərdən keçirilir.


Qeyd olunur ki, 82-ci Hava-Desant Diviziyası ABŞ ordusunun ən çevik və sürətli reaksiya qüvvələrindən biridir. Bölmə düşmən ərazisinə paraşütlə endirilmə və strateji obyektlərin ələ keçirilməsi üzrə ixtisaslaşıb.

ABŞ Müdafiə Nazirliyi indiyədək hərbçilərin İsrailə göndərildiyini təsdiqləməyib. Rəsmi açıqlamalarda yalnız bölmənin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına yerləşdirildiyi bildirilib. Bu isə onların Küveyt və ya Qətərdəki ABŞ bazalarına göndərildiyi təəssüratını yaradıb.
 

Məqalədə qeyd olunur ki, ABŞ hərbi rəhbərliyi son aylarda İran ərazisində mümkün əməliyyat variantlarını açıq şəkildə gündəmdə saxlayıb. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn 82-ci Hava-Desant Diviziyasının istənilən anda strateji əraziləri ələ keçirmək üçün döyüş əməliyyatlarına hazır olduğunu bildirib.


Müəllif hesab edir ki, ABŞ və İsrail arasında hərbi əməkdaşlıq rəsmi açıqlamalarda göstərildiyindən daha dərindir və İran əleyhinə planlaşdırılan fəaliyyətlər artıq təkcə siyasi deyil, hərbi səviyyədə də koordinasiya olunur.

Bildirilir ki, batalyonun “Charlie” rotası hazırda İsraildə qalır və son iki ay ərzində onların fəaliyyəti barədə hər hansı rəsmi məlumat açıqlanmayıb. Məqalə müəllifi yaxın perspektivdə quru əməliyyatının qaçılmaz olduğunu iddia etməsə də, ABŞ və İsrailin belə bir ssenariyə hazırlaşdığını vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin