MAQATE-nin direktoru Zaporojye AES-ə getdi

Hazırda oxunan: MAQATE-nin direktoru Zaporojye AES-ə getdi

617861

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Zaporojye Atom Elektrik Stansiyasına baş çəkib.

Qrossi Zaporojye Atom Elektrik Stansiyasında yoxlamalar aparıb.

Burada jurnalistlərə açıqlama verən Qrossi, stansiyada vəziyyətin yaxşı olmadığını deyib:

“Stansiyanı hücumlardan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir. Zavodun mühafizəsi üçün bütün tərəflərin razılaşa biləcəyi real tədbirlər hazırlayıb təklif etməyə çalışıram”.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Zaporojye Atom Elektrik Stansiyası 2022-ci il martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 5-də elektrik stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.(tass)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin