Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın səhrada karbon-neytral meqapolis yaratmaq ideyası iqtisadi reallıqlar və regional böhran səbəbindən iflasa uğrayıb.
Bizim.Media xəbər verir ki, NYP-nin məlumatına görə, "Neom" superlayihəsinin tikintisi rəsmən dayandırılıb.
Belə ki, 170 km uzunluğunda, 9 milyon sakin üçün nəzərdə tutulan güzgülü "Xətt" şəhərinin inşası minimum 2030-cu ilə qədər tamamilə dondurulub. Layihənin yekun xərclərinin 8,8 trilyon dollara çatacağı məlum olub.
Səudiyyə Ərəbistanının Suverən Fondu (PIF) strategiyasını dəyişərək maliyyə xərclərini süni intellekt (İİ) üçün data-mərkəzlərin tikintisinə və liman infrastrukturuna yönəldib.
Dəyəri 1,6 milyard dollar olan yüksəksürətli dəmir yolu müqaviləsi ləğv edilib. 2029-cu ildə Asiya Qış Oyunlarına ev sahibliyi etməli olan "Trojena" dağ-xizək kurortunun tikintisi və DÇ-2034 üçün nəzərdə tutulan "Neom Stadium" layihəsi qeyri-müəyyən müddətə dondurulub. Riyaddakı 50 milyardlıq "The Cube" göydələninin inşası da dayandırılıb.
Regiondakı hərbi münaqişə səbəbindən Fars körfəzindəki limanların qlobal marşrutlardan təcrid olunması Ər-riyadı ixrac xətlərini Qırmızı dənizə yönəltməyə məcbur edib.
Hazırda yalnız Qırmızı dəniz sahilindəki strateji əhəmiyyətli "Oxagon" sənaye liman şəhərinə 3 milyard dolların ayrılması qüvvədə saxlanılıb.
"Neom"un yeni rəhbəri Ayman əl-Mudayferin apardığı strateji auditdən sonra 2030-cu il üçün nəzərdə tutulan əhali hədəfi ilkin olaraq 1,5 milyondan 300 minə, son qərarda isə maksimum 100 min nəfərə qədər endirilib. Hazırda mövcud infrastruktur qalıqlarının İİ data-mərkəzlərinə çevrilməsi planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:37 / 03.06.2026
Səudiyyə Ərəbistanının 12 trilyonluq meqalayihəsi donduruldu - "Gələcəyin şəhəri" niyə tikilmədi?
Hazırda oxunan: Səudiyyə Ərəbistanının 12 trilyonluq meqalayihəsi donduruldu - "Gələcəyin şəhəri" niyə tikilmədi?
Hazırda oxunan: Səudiyyə Ərəbistanının 12 trilyonluq meqalayihəsi donduruldu - "Gələcəyin şəhəri" niyə tikilmədi?
616883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































