İsrailin şimalında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər — pilot və sərnişin həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat yayıb.
İsrail mediasının "Emek" Tibb Mərkəzinin məlumatlarına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ağır xəsarətlər alan pilot və sərnişin dərhal xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb və tibb müəssisəsində ölüm faktı qeydə alınıb.
Qeyd olunur ki, təyyarə Tel-Adaşim qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:43 / 24.05.2026
İsraildə təyyarə qəzaya uğradı: 2 nəfər həlak oldu
Hazırda oxunan: İsraildə təyyarə qəzaya uğradı: 2 nəfər həlak oldu
Hazırda oxunan: İsraildə təyyarə qəzaya uğradı: 2 nəfər həlak oldu
615130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































