Çinli mühəndis Putinə çini qablar dəsti hədiyyə etdi

Hazırda oxunan: Çinli mühəndis Putinə çini qablar dəsti hədiyyə etdi

614354

Rusiya Prezidenti Vladimir Putinə çinli mühəndis Pen Pay tərəfindən xatirə çini qablar dəsti hədiyyə olunub.

Bizim.Media xəbər verir ki, Pen Pay Rusiya liderinin hələ 2000-ci ildə Pekinə etdiyi ilk rəsmi səfəri zamanı onunla şəkil çəkdirən 12 yaşlı uşaq olub.

Rusiya rəhbərinə təqdim olunan servis incə pastel çalarlarında hazırlanıb. Sədəf parıltılı qablar narıncı ipəklə döşənmiş taxta qutuya yerləşdirilib. Qeyd edək ki, narıncı rəng Çin mədəniyyətində uğur, həyat enerjisi və xoşbəxtlik rəmzi hesab olunur.
 

Asiya ornamentləri və çiçəklənən ağac budaqları ilə bəzədilmiş incə naxışlı dəst dörd fincan, çaydan və böyük buluddan ibarətdir. Hədiyyəyə rus dilində arzuların yazıldığı xüsusi açıqca da əlavə edilib: "Rusiya-Çin dostluğu çiçəklənsin! 20 may 2026-cı il".


"Vladimir Vladimiroviç, siz ÇXR-in qurucusu Mao Szedunu və Hunan əyalətini xatırlatdınız. Bu hədiyyə məhz oradandır. Bu, Liling çinisidir və vaxtilə Mao Szedunun şəxsi sifarişi ilə hazırlanırdı", — deyə Pen Pay bildirib.

Öz növbəsində Vladimir Putin də çinli mühəndisə qarşılıqlı hədiyyə təqdim edib. Rusiya lideri ona dörd nəfərlik xüsusi servis bağışlayıb. Narıncı tonlarda işlənmiş bu qablar atlas və məxmərlə döşənmiş tünd göy rəngli qutuya yerləşdirilib.

Görüntülərdən bəlli olur ki, bu qablar Rusiyanın məşhur İmperator Çini Zavodunun (İFZ) məhsulları ilə bənzərlik təşkil edir. Fincanlar, buludlar və çaydan üzərindəki dekorativ elementlər əfsanəvi "kobalt toru" ornamentini xatırladır. Çay dəstinin üzərində isə Böyük Teatrın (Bolşoy Teatr) təsviri əks olunub.

Görüşün yekununda Putin mühəndisin ailəsində 26 ildir qorunub saxlanılan tarixi fotoşəkilin üzərinə öz avtoqrafını qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin