Simonyan: "Dron hücumlarına görə uşaqlarım bir aydır dəhlizdə yatır" - VİDEO

Hazırda oxunan: Simonyan: "Dron hücumlarına görə uşaqlarım bir aydır dəhlizdə yatır" - VİDEO

614054

"RT" telekanalının baş redaktoru Marqarita Simonyan pilotsuz uçuş aparatlarının (PUA) Moskva və ətraf regionlara təşkil etdiyi mütəmadi hücumların onun ailəsinə birbaşa təsir göstərdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Rossiya 1" telekanalında yayımlanan tok-şou zamanı danışıb.

Simonyan dron təhlükəsi səbəbindən yaşadıqları qorxu və narahatlığı dilə gətirib:

"Pilotsuz uçuş aparatları uçur. Bu həm xoşagəlməzdir, həm də qorxuludur. Mənim uşaqlarım artıq bir aydır ki, təhlükəsizlik məqsədilə dəhlizdə və qarderob otağında yatırlar. Bəli, bu, həqiqətən də belədir".

O, eyni zamanda çıxışı zamanı bu cür hücumların hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmədiyini və yalnız psixoloji gərginlik yaratmağa xidmət etdiyini iddia edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin