İradə Zeynalova: “Mən rus deyiləm, yarı azərbaycanlıyam” – VİDEO

Hazırda oxunan: İradə Zeynalova: “Mən rus deyiləm, yarı azərbaycanlıyam” – VİDEO

613444

“Mən rus deyiləm, yarı azərbaycanlıyam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Mavrikidə fövqəladə və səlahiyyətli səfiri İradə Zeynalova deyib.

“Bu o deməkdir ki, mən yarı xristianam, yarı müsəlmanam və Avropa standartlarına görə qaradəriliyəm. Ona görə də burada, Mavrikidə insanların fərqli olduğu, müxtəlif dinlərə, millətlərə və irqlərə mənsub olduğu bir mühitdə olmaq mənim üçün yeni bir şey deyil”, - deyə Zeynalova bildirib.

Qeyd edək ki, İradə Zeynalova Rusiyanın NTV kanalında "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı olub. O, 2024-cü ilin sentyabrında Rusiya Federasiyasının Mavrikidə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. İradə Zeynalova azərbaycanlı şair Aftandil Zeynalovun qızıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin