Qırğızıstanda 3 vəzifəli şəxs dövlət çevrilişi etmək istəyib - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Qırğızıstanda 3 vəzifəli şəxs dövlət çevrilişi etmək istəyib - TƏFƏRRÜAT - FOTO

610081

Qırğızıstanda üç keçmiş yüksəkvəzifəli şəxsə dövlət çevrilişinə cəhd işi üzrə rəsmi ittiham irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə 24.kg məlumat yayıb.

Məlumata görə, ittiham olunanlar arasında Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Taşiyev, sabiq deputat Zuluşev və parlamentin keçmiş spikeri Turğunbek uulu da var.
 

Söhbət kütləvi iğtişaşların təşkilinə və istintaqın dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyi hərəkətlərə aid ağır ittihamlardan gedir. Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, fiqurantlar Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində dindirilib.


Bildirilib ki, keçmiş məmurların dindirilməsi bir neçə saat davam edib. Bundan sonra onlar idarənin binasını tərk ediblər.

İrəli sürülən ittihamların detalları və istintaqın gedişi barədə rəsmi məlumat açıqlanmır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin