Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO

Hazırda oxunan: Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO

609389

Rusiya ordusu gecə saatlarında Odessa vilayətində liman infrastrukturuna hücum edib.

Bizim.Media xəbər verir ki, zərbə nəticəsində liman ərazisində texnoloji avadanlıqlar, yağ çənləri və yük nəqliyyatı zədələnib.

Hadisə yerində yanğınlar baş verib. Məlumata görə, yanğınlar artıq söndürülüb.
 

Ukraynanın baş nazirinin bərpa məsələləri üzrə müavini Aleksey Kulebanın sözlərinə görə, hücum zamanı Palau bayrağı altında üzən mülki gəmi də zədələnib. Gəminin yük götürmək üçün limana gəldiyi bildirilir.


Bundan başqa, şəhərdə beşmərtəbəli yaşayış binasına və sənaye infrastrukturu obyektinə də ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən gecə Rusiya Ukrayna ərazisinə 144 PUA buraxıb. Onlardan 124-nün vurulduğu açıqlanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin