Avropa İttifaqı Gürcüstanda müxalifətə qarşı addımlar atan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
Onun sözlərinə görə, sanksiyalar məsələsi müzakirə olunarkən 26 ölkə bu təşəbbüsü dəstəkləyib, yalnız bir ölkə buna qarşı çıxıb.
Kallas qeyd edib ki, bu məsələ ətrafında çox yaxşı müzakirə aparılıb. O vurğulayıb ki, Avropa İttifaqı Gürcüstan xalqı ilə, o cümlədən Tbilisidən kənarda daha fəal işləməlidir ki, insanlara Aİ-nin mövcud olduğunu və xoş niyyətlə yanaşdığını göstərə bilsin.
Bununla yanaşı, o, Gürcüstan hökumətinə də aydın siqnal verilməsinin vacib olduğunu bildirib. Kallasın sözlərinə görə, rəsmi Tbilisinin seçdiyi istiqamət Avropanın təmsil etdiyi dəyərlərə uyğun gəlmir.
Aİ rəsmisi əlavə edib ki, yeni hökumətlər danışıqlar masası arxasına toplaşdıqda sanksiyalar məsələsinə yenidən qayıdılacaq.
Bizim.Media








































































































