ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

Hazırda oxunan: ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

607972

Aprelin 18-də ABŞ-ın geniş ərazisini bürüyən tornadolar evləri və binaları dağıdıb, damları qoparıb, ağacları kökündən çıxarıb və kənd yollarını dağıntılarla doldurub.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi xəbər dərc edib.
 

Cümə günü Yuxarı Qərbi bürüyən və bölgəyə daha şiddətli hava şəraiti gətirən fırtınalardan heç kim ölməyib. Rəsmilər sakinləri bəzi kənd icmalarında uzun müddətli bərpa işləri barədə xəbərdar ediblər.


Viskonsin və Minnesota ştatlarının rəsmiləri bildiriblər ki, tornado səbəbindən bəzi sakinlər qısa müddətə zirzəmilərində qalıblar, Marathon Şəhər Şerifi Çed Billeb hüquq-mühafizə orqanlarında çalışdığı 34 il ərzində heç vaxt belə dağıntı görmədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin