Papa müharibələrə milyardlarla dollar xərcləyən dünya liderlərini tənqid edib.
Bizim.Media “Gazeta.ru”ya istinadla xəbər verir ki, o, həmçinin ölkələrə hücumları haqlı çıxarmaq üçün dini ritorikadan istifadə edən siyasətçiləri də qınayıb.
"Müharibə ustaları...qətl və dağıntıya xərclənən milyardlarla dollara göz yumurlar, sağlamlıq, təhsil və yenidənqurma üçün lazım olan resurslar isə heç bir yerdə tapılmır", - deyə Papa bildirib.
Onun sözlərinə görə, "Tanrının adını manipulyasiya edənlərin" imanı "qaranlığa və çirkaba" sürükləyirlər.
Bizim.Media

































































































