Bu gün İŞİD-in İraqda ələ keçirdiyi silah-sursat anbarının bombaları, deyəsən, Səudiyyə Ərəbistanının başında partlayacaq. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, öz xilafətini elan edən İŞİD Maliki ordusunun bir cəbbəxanasını ələ keçirib. Cəbbəxanada tapılan hərbi sursatlar isə Səudiyyə Ərəbistanda sabitliyi pozacaq mahiyyətdədir; bu hərbi sursatların əksəriyyətinin Səudiyyə Ərəbistanından göndərildiyi məlum olub.
Qeyd edək ki, İŞİD-in söykəndiyi dini görüşün əsaslarıyla rəsmi ər-Riyadın rəsmi ideolodiyası eynidir. Hətta sələfi düşüncələrin yayılmasında ən çox Səudiyyə Ərəbistanı əsilli adamların adı hallanır. Şiə düşmənçiliyi məsələsində ən aktiv siyasi güc olaraq tanınan bu ölkənin əhalisi öz təəssübkeşliyi ilə də seçilir. Ehtimal etmək olar ki, şiə Malikiyə hərbi yardım edilməsi Səudiyyə Ərəbistanından təsirsiz ötüşməyəcək.


































































































