İrəvan meriyasının şəhərin tarixi binalarından birini sökməsi barədə verdiyi qərardan sonra şəhərdə binanın sökülməsi əleyhinə olan şəxslərlə polislər arasında qarşıdurmalar davam edir.
Avropa.info-nun Ermənistan mətbuatına istinadən məlumatına görə, meriya binanı sökməyəcəyini bəyan etsə də, şəhər sakinləri meriyanın gec-tez binanı sökəcəyini bildirib.
Şəhər sakinləri gün ərzində binanın yaxınlığında keşik çəkərək, orada baş verən hadisələr barədə bir-birlərini xəbərdar edirlər. Ermənistan polisi bina yaxınlığında aksiya keçirməyə cəhd edən şəxslərə qarşı kobud davranaraq, onların bir neçəsini həbs edib.








































































































