İrandan Almaniyaya yük aparan nəqliyyat vasitəsi Naxçıvanda YOXLAMAYA cəlb olundu – SƏBƏB/VİDEO

Hazırda oxunan: İrandan Almaniyaya yük aparan nəqliyyat vasitəsi Naxçıvanda YOXLAMAYA cəlb olundu – SƏBƏB/VİDEO

628976

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.
 
İdarədən Bizim.Media-ya bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.
 
Çətinləşdirilən üsuldan istifadə edilməklə gizlədilmiş heroinin xalis təmiz çəkisi 112 kq 761 qram olub.
 
Faktla bağlı araşdırma aparılır.


 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin