Moldova ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir

Hazırda oxunan: Moldova ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir

44270
Moldova prezidenti Nikolay Timofti Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilməsinə göstəriş verib. “Media forum” saytının məlumatına görə, Ali Təhlükəsizlik Şurasının iclasında yeni müdafiə naziri Valeri Troenkonu təqdim edən Timofti ölkədə təxribatın istisna olunmadığını bildirib: “Moldova hakimiyyəti ölkədə təhlükəsizliyin qeydinə qabaqcadan qalmalıdır”. 

Prezidentin bəyanatı Moldovanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması ərəfəsinə təsadüf edir.

Timofti regiondakı çətin vəziyyətdən və yaxın ölkələrin başına gələnlərdən narahat olduğunu vurğulayıb: “Ukrayna Krımı ona görə itirdi ki, ordusu çevik reaksiya verə bilmədi. Moldova ordusu da bir çox problemlərlə qarşılaşır və hakimiyyət çətinliklərin öhdəsindən gəlmək üçün əlindən gələni etməlidir”.

Prezident yeni müdafiə nazirini ölkənin maraqlarına qarşı çıxan hərbçilərdən imtina etməyə çağırıb.

Moldova ərazisində separatçı qurum var. Dnestr bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin