Ölünü mer seçdilər - MEKSİKADA

Hazırda oxunan: Ölünü mer seçdilər - MEKSİKADA

30704

Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Meksikanın Amatenqo şəhərində ölmüş sakin mer  seçilib.

2010-cu ildə dünyasını dəyişmiş  Lenin  Karballido  Amatenqonun meri seçilib. O səslərin 50 faizini toplayaraq qalib gəlib.

Qeyd edək ki,  Karballido həbs olunmamaq üçün saxta ölüm sənədi hazırlayıbmış. Onun ölümünün səbəbi isə diabetik xəstəlik göstərilir. Karballido  təcavüzdə ittiham olunurdu.

Seçki kompaniyası başlayan kimi Karbaliadonun plakatları şəhəri bəzəməyə başlayır. Onun namizəd olduğu Demokratik inqilabi partiyasının nümayəndəsinin sözlərinə görə, əgər Karballidonun ölümünün saxtalaşdırması təsdiqlənərsə, ona bu postu tutmağa icazə verilməyəcək və o, partiyadan kənarlaşdırılacaq.

 

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin