Şahzadə Harri Rusiyaya qarşı “müharibə oyunları”nda

Hazırda oxunan: Şahzadə Harri Rusiyaya qarşı “müharibə oyunları”nda

253785
Şahzadə Harri Rusiyaya qarşı yönəlmiş son 20 ilin ən iri Britaniya hərbi təlimlərində iştirak etmək üçün Norveçdə Kral hərbi dəniz piyadaları korpusuna qoşulacaq.

Bu haqda “Daily Mirror” hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Harri tam olaraq təlimlərə cəlb olunacaq, ona döyüşlə bağlı məxfi məlumatlar açıqlanacaq, şərti döyüşün hər mərhələsi barədə əvvəlcədən məlumatlandırılacaq.
“Onun iştirakı hərbi dəniz piyadaları üçün yaxşı xəbərdir, onlar bunu korpusa dəstək baxımından olduqca pozitiv qəbul edəcəklər. Onlar potensial münaqişə başlanacağı təqdirdə Avropanın şimal qanadını qoruyacaq əsas qüvvə, bir növ “nizənin ucu” olacaqlar, bu səbəbdən Harrinin təlimlərə qatılması çox vacibdir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, hərbi təlimdə ümumilikdə Britaniya, ABŞ və Avropadan olan səkkiz min əsgər, o cümlədən min nəfərdən çox britaniyalı əlahiddə dəniz piyadası Rusiyanın Norveçə potensial basqınına qarşıxa0 əks-hücum manevrlərini yerinə yetirəcək. “Müharibə oyunlarının” 12 həftə davam edəcəyixa0 bildirilir.(Oxu.Azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin