İran QARIŞDI: dollar 100 faiz qalxdı, insanlar küçələrə axışdı - VİDEO

Hazırda oxunan: İran QARIŞDI: dollar 100 faiz qalxdı, insanlar küçələrə axışdı - VİDEO

230656
İranda paytaxt Tehran da daxil olmaqla bir çox şəhərdə iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar başlayıb.

Etirazçılar “Diktatora ölüm” şüarları ilə parlament binasına doğru yürüməyə cəhd ediblər. İran polisi etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

İranın milli valyutası rial devalvasiyaya uğrayıb, nəticədə dollar 4 min tüməndən 7 min 500 tümənə qədər yüksəlib. Məhz bundan sonra etiraz aksiyaları başlayıb.

İranın ali dini liderinin hərbi müşaviri general Yahya Rahim Səfəvi baş verənlərə görə hökuməti və prezidenti Həsən Ruhanini ittiham edib.

O, “hökumət olmasa, ölkə daha rahat şəkildə idarə edilir” deyə qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin