İngiltərədə bir zooparkda pələngin hücumuna məruz qalan baxıcı həyatını itirib.xa0
Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, hadisə xa0İngiltərənin Cambridge şəhərindəki Hamerton Park zooparkında baş verib. Pələnglərdən birinin hücumu nəticəsində baxıcının öldüyü bildirilir.xa0
Hadisə baş verən anda ziyarətçilər zooparkdan çıxarılıb. Zooparkın bir müddət bağlı qalacağı bildirilir.xa0
Zooparkın rəhbərliyinin verdiyi açıqlamada hadisənin "qəribə bir qəza" olduğu, zooparkdan xa0insanlara ziyan vuracaq heç bir heyvanın qaçmadığı söylənilir.xa0
1990-cı ildə açılan zooparkda Malayziya və Bengal pələnglərinin olduğu bildirilir. Hamerton Park 2008-ci ildə də qəfəsindən qaçan çitaya görə gündəmə gəlmişdi.
Türkan Yaqub



































































































