ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərində Məhəmməd adlı müsəlman məşhur “Little Caesars”x9d restoranlar şəbəkəsini tərkibində donuz əti olan pizzanı halal adı altında satmasına görə məhkəməyə verib.
Moderator.az -ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə “Detroit Free Press”x9d nəşri yazır.
Dirborn sakini Məhəmməd Bazzi şirkəti müqaviləni pozmaq, məlumatı təhrif etmək, fırıldaqçılıq və qeyri-qanuni qazanc əldə etməkdə ittiham edib. Təzminat qismində o, 100 milyon dollar tələb edir.
Martın 20-də Bazzi və onun həyat yoldaşı “Little Caesars”x9d restoranından aldıqları halal pizzanı yeyəndə onun tərkibində donuz əti aşkarlayıblar. Onlar polisə müraciət etsələr də, hadisə martın 24-də yenidən təkrarlanıb.
Bazzini məhkəmədə təmsil edən vəkil baş verənləri biabırçılıq adlandırıb.
“Mənim müştərilərim istəyirlər ki, ictimaiyyət bu barədə məlumatlı olsun. Əsasən də, Müqəddəs Ramazan ayı vaxtı”x9d, - xa0o bəyan edib.
Vəkil hesab edir ki, ittihama digər zərərçəkmiş şəxslər də qoşula bilərlər.
“Little Caesars”x9dın nümayəndəsi Cill Proktor isə bildirib ki, şirkət ona qarşı irəli sürülən ittihamları əsassız hesab edir.
Bazzinin restoranın meneceri ilə söhbətinin audioyazısı qalıb. Yazıya əsasən, müsəlman özü qutuya “halal”x9d etiketinin vurulmasını istəyib.xa0



































































































