Sərkisyan hakimiyyəti və ölkəni birdəfəlik tərk edə bilər

Hazırda oxunan: Sərkisyan hakimiyyəti və ölkəni birdəfəlik tərk edə bilər

164601
Seçki ilində Ermənistan prezidentinə qarşı səslənən ağır ittihamlar “Qarabağ klanı”x9dna qarşı üsyanın anonsudur; Rusiyada Zəngəzurun qaytarılması və Moskva metrosunun ermənilər tərəfindən partladılmasının 40 illiyi ilə bağlı petisiya da İrəvan üçün “soyuq duş”x9d effekti verib; politoloq: “Ermənistan cəmiyyəti ciddi şəkildə parçalanıb”x9d

2017-ci ilin ilk həftəsində məzuniyyət adı altında ölkəsini tərk edən prezident Serk Sərkisyan bu yolla da ünvanına yağdırılan kəskin ittihamlardan yayına bilmir. İşğalçı ölkənin prezidentinə növbəti sərt tənqidlər, öldürücü ittihamlar ABŞ-da yaşayan məşhur erməni yazıçısı və ictimai xadim Anna Paytyandan gəlib.xa0


Anna Payatyan da Xocalı soyqırımını açıq ittiham etmiş ermənilərin sırasına qoşulub (virtualaz.org) “Xocalıda soyqırım olub!!! Və bunun üçün quldurlar cavab verməlidir - Njde tərəfdarları. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazqen Sarkisyan, Robert Köçəryan, Serj Sərkisyan, Arabo qrupu. Onların hamısı uşaqların və qadınların qatilləridir!”x9d - yazıçının bəyanatında vurğulanıb. A.Payatyan Xocalı soyqırımı haqda Serj Sərkisyanın abırsız bəyanatını da xatırladıb.xa0

“Serj Sərkisyanın hədsiz sırtıq və abırsız bəyanatını sizə və dünyaya təqdim edirəm: ”x9dBiz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq". Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu njdey əclafları bizim xalqımızın adına qara ləkə vurdular!!!", - deyə erməni yazıçısı hiddətlə bildirib.

Diqqətçəkən odur ki, virtualaz.org üçün bu materialı elə saytın xüsusi müxbiri Vahan Martirosyan hazırlayıb. Yəni bir erməni digər soydaşının Ermənistanın cani prezidentini ifşa statusunu ictimailəşdirməklə düşmənə sarsıdıcı zərbə vurmuş olublar. “Kimlər ki Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki Serj Sarkisyanladır - onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır”x9d, - deyə Payatyan yazıb.

Düzdür, bunun ardınca Sərkisyanın cinayətlərini müdafiə edənlər də tapılıb və onlar erməni yazıçını hədəfə alıblar.xa0

Bu bəyanatdan dərhal sonra bir sıra ermənilər məşhur yazıçını erməni xalqının düşməni elan edib, Azərbaycan xüsusi xidmət orqanlarının agenti adlandırıb, həmçinin onu ruhi xəstə kimi xarakterizə ediblər. Bundan başqa, millətçilər Anna Paytyanın ümumi dostları və tanışlarını aşkar edərək onların ünvanına təhdidlər yollamağa başlayıblar.

Azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını təşkil etmək ehtiyacı haqqında təklif irəli sürənlər də tapılıb. “Bu qədər zəhlətökən rəqibdən qurtulmaq üçün ermənilər yeni Xocalı təşkil etməyə məcbur olacaqlar. Bu müharibənin başqa nəticəsi yoxdur”x9d, - sosial şəbəkə istifadəçisi Nune Mkrtçyan yazıb. Ancaq hətta Ermənistanda Paytyanı müdafiə etməyə cəsarət edənlər tapılıb. Məsələn, Gümridən fəal Anna Avetisyan “Siz birmənalı haqlısınız. Bunlar isə yalnız təbliğatla məst edilmiş xalqdır, nə arxivi oxuyublar, nə də tarixi. Onlardan hətta birinə cavab vermək kifayətdir ki, ölkəni ümumi hürüş, səs-küy bürüsün”x9d - qəzəblə bildirib.

Məlumata görə, yazıçı Anna Paytyanın onu zəhərləyənlərə cavabı da özünü çox gözlətməyib.
“Serj Sərkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur. Qulaq asın, boz canavarlar sürüsü. Siz sanki yəhudilərə nifrət yayan antisemitlərsiniz, Serjikin puluna türklərə, gürcülərə, azərbaycanlılara və s. xalqlara nifrət yayırsınız. Sizin hamınızı həbs etmək və normal cəmiyyətdən təcrid etmək lazımdır, çünki siz terrorçusunuz. Serj Sərkisyan iddia edir ki, Xocalı soyqırımı olmayıb. Bu açıq yalandır. Bu insan ölüm cəzasına məhkum olunmalıdır... Azərbaycanlı uşağı öldürən erməni uşağını da öldürəcək. Serj Sarkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası!”x9d, - Anna Paytyan qətiyyətlə bildirib.

Əslində bir sıra erməni fəalların Bakıya gəlib buradan Ermənistan rəhbərliyini ittiham etməsi, Xocalı soyqırımını etiraf edərək həmin dəhşətlərə görə Azərbaycan xalqından üzr istəməsi Qarabağ dalğasında hakimiyyəti mənimsəmiş Sərkisyan iqtidarını çox çətin durumla üz-üzə qoyub. Nəinki İrəvandan, hətta separatçı rejimin nəzarətində olan Xankəndindən Azərbaycana barış mesajları verən erməni ziyalıların ortaya çıxması, üstəlik, dünyanın bir sıra ölkələrindəki erməni fəalların Qarabağda tökülən qanlara görə Sərkisyan hakimiyyətini günahlandıraraq Sülh Platformasına qoşulmağa qərar verməsi Azərbaycanın tam faydasınadır. Aylardır danışıqlardan imtina edən erməni hakimiyyəti xa0isə ölkə müxalifətinin də sərt tənqidlərinin fonunda çıxış yolları axtarır.xa0

Image

S.Sərkisyanın adətən sığınacaq yerinə çevrilən Rusiyada da maraqlı proseslər cərəyan edir.

Bugünlərdə Rusiyada yaşayan bir qrup rus Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı tələb irəli sürüb. Məlumata görə, beynəlxalq platforma olan change.org saytında başladılan “Zəngəzuru Azərbaycana qaytarın”x9d adlı petisiyaya səsvermə davam edir. Erməni lobbisinə şok yaşadan digər bir hadisə isə Moskva metrosunda erməni millətçilər tərəfindən törədilmiş qanlı terrorun 40 ilinin tamamı münasibətilə petisiyanın təşkilidir. Qeyd edək ki, artıq Rusiya mediası 1977-ci ilin yanvarında törədilən uşaqların da həlak olduğu terrora görə erməniləri qınamaqdadır. Gazeta.ru-da dərc olunan yazıda erməni terroruna lənətlər yağdırılır. Bütün bu proseslər özünü “yazıq”x9d göstərən erməni qatillərinin iç üzünün açılması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda bu kimi addımlar Azərbaycan həqiqətlərinin yayılmasında, qəbul olunmasında, nəhayət, işğala son verilməsi istiqamətində dəstək qazanmağımızda öz rolunu oynaya bilər.xa0

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”x9da açıqlamasında başlanan prosesin faydalı olduğunu təsdiqlədi: “Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətində durğunluq nəzərə çarpsa da, ”x9dictimai diplomatiya" müstəvisində, eləcə də Ermənistanda və Rusiyada maraqlı proseslərin baş verdiyinin şahidi oluruq. Azərbaycanda erməni vətənpərvərlərinin iştirakı ilə elan olunan sülh platformasına Ermənistanda, işğal altında olan Azərbaycan torpaqlarında və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin dəstək verməsi, Ermənistanın sabiq prezidenti və Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın aprelin 2-də keçiriləcək parlament seçkilərinə “Sülh və yaxın qonşuluq”x9d şüarı ilə qatılacağını bəyan etməsi, Rusiyada bu ölkənin tanınmış ictimai xadimləri, alimləri tərəfindən Zəngəzurun Azərbaycana qaytarılması və Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan 1977-ci ildə ermənilərin Moskvada həyata keçirdikləri terror aksiyaları ilə bağlı məlumatların ictimailəşdirilməsini tələb edən petisiyaların gündəmə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün mexanizmlərin hərəkətə gətirildiyini göstərir. İndi atəşkəs təkcə qoşunların təmas xəttində deyil, bütün müstəvilərdə pozulub və baş verənlər Ermənistan hakimiyyətinin manevr imkanlarını, manipulyativ davranışlarını ciddi təzyiq altında saxlayır. Bu prosesdə Azərbaycanın yürütdüyü siyasətin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Amma prosesin yalnız Azərbaycanla əlaqələndirilməsini də doğru hesab etmirəm".xa0

Siyasi təhlilçi tam əmindir ki, Ermənistan cəmiyyəti ciddi şəkildə parçalanıb: “Bu proses uzun illərdir ki, davam edir və indi, mövcud regional və qlobal geosiyasi, geoiqtisadi proseslər müstəvisində yeni bir mərhələyə qədəm qoyub. Hakimiyyəti terror yolu ilə mənimsəyən Köçəryan və Sərkisyan klanının qondarma soyqırım və digər tarixi yalanlar üzərindən yürüdülən siyasət nəticəsində Qarabağın Azərbaycandan qoparılacağı barədə uzun illərdən bəri uydurduğu nağıllara artıq heç kimi inandırmaq mümkün deyil. Qondarma soyqırımın 100 illiyi ilə bağlı uzun illərdən bəri həyata keçirilən fəaliyyət heç bir nəticə vermədi və iflasa uğradı. Əvəzində isə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktının tanınması istiqamətində ciddi nəticələr əldə olundu. Bu isə öz növbəsində erməniləri bir arada saxlayan əsas ideoloji amilin sıradan çıxmasına, erməni diasporunun və diaspor tərəfindən himayə olunan ictimai-siyasi təşkilatların parçalanmasına səbəb oldu”x9d.xa0

E.Mirzəbəyli xatırlatdı ki, Ermənistan hakimiyyətinin başqa bir ideoloji təbliğat silahı isə aprel döyüşlərindən sonra iflasa uğradı: “Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-əməliyyatlar nəticəsində ”x9dqalib millət" və mövcud status-kvonun toxunulmazlığına verilən qeyri-rəsmi beynəlxalq, yaxud regional təminat barədə mif də alt-üst oldu. Ermənistan cəmiyyəti real təhlükə ilə qarşı-qarşıya qaldığını, toxunulmaz olmadığını başa düşdü və beləliklə də üstü hərbi vətənpərvərlik ritorikası ilə qapanmış ziddiyyətlər daha qabarıq şəkildə görünməyə başladı. Ermənistan hakimiyyətinin “İsgəndər”x9d raketləri ilə bağlı ideoloji hücumu qısamüddətli durğunluq yaratsa da, “Dəmir Günbəz”x9d cavabı ilə alt-üst edildi. İndi Ermənistan üzərindəki toxunulmazlıq pərdəsi tamamilə qaldırılıb. Sovet İttifaqının süqutundan sonra yaranmış və ermənilərin məharətlə istifadə etdikləri geosiyasi vəziyyət də tamamilə dəyişib. Artıq ABŞ-da keçirilən prezident seçkilərində erməniləri heç kim xatırlamır, prezidentliyə namizədlər qondarma soyqırımla bağlı vədlər vermirlər, ABŞ-dakı Erməni Milli Komitəsi proseslərdən sınırdışı edilib".xa0


Image

Politoloq qeyd etdi ki, eyni vəziyyət Rusiyada da özünü qismən büruzə verir: “Ankara-Moskva yaxınlaşmasından sonra, mənim subyektiv olaraq rus-türk açılımı kimi dəyərləndirdiyim yeni vəziyyət Rusiya cəmiyyətində reallığı başa düşən insanların sayını daha da artırıb. ”x9dMoskva göz yaşlarına inanmır". Rus dövlətçiliyinin maraqları tələb edəndə isə heç inanmır. Rusiyanın geosiyasi analitikləri yaxşı başa düşürlər ki, avrasiyaçılığın geosiyasi nəzəriyyədən reallığa çevrilməsinin qarşısında dayanan ən böyük maneə Ermənistandır. Ruslar ermənilərdən tarixin müxtəlif dönəmlərində istifadə etdikləri üçün onları bizdən heç də pis tanımırlar. Bəlkə də daha yaxşı tanıyırlar. Bu gün qlobal çağırışlarla üz-üzə qalan Rusiya üçün Cənubi Qafqaz həyati əhəmiyyət kəsb edir. Təfərrüata varmağı ictimai maraqlar baxımından doğru saymadığım üçün detallı danışmayacağam". Ekspert hesab edir ki, Rusiyada erməni terrorizmi və Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı petisiyaların gündəmə gəlməsi və Ermənistanda baş verənlər bir-biri ilə birbaşa əlaqəli olmasa da, ümumi prosesin tərkib hissəsidir: “Ötən ilin son aylarında bu prosesin 2017-ci ildə daha da dərinləşəcəyini demişdim. Hadisələr bizim gözlədiyimizdən daha sürətlə inkişaf edəcək. Bu baxımdan, gedişata hazır olmaq lazımdır”x9d.

Özünü bir çox hallarda “qazdan ayıq”x9d göstərən erməni mediası isə nədəncə S.Sərkisyana ünvanlanmış ittihamlardan, həmçinin Ermənistanın ağası olan Rusiyada Zəngəzur və metro terroru ilə bağlı başladılan petisiyalardan özünü “xəbərsiz”x9d kimi göstərir. Şübhə yox ki, Sərkisyanı və onun qatil tərəfdarlarını müdafiə etmək üçün arqumentlər tapmaq elə də asan deyil. Fakti olaraq son baş verənlər qış günündə Ermənistan hakimiyyəti üçün “soyuq duş”x9d effekti verib. Güman ki, hakimiyyət təbliğatı bu dalğanın ötüb-keçəcəyini zənn edir. Lakin apreldə parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, erməni hakimiyyətini çox ağır bir ilin gözlədiyini demək olar. Elə bir proses başlana bilər ki, qatil Sərkisyan postunu qabaqcadan, ölkəsini isə birdəfəlik tərk edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin