BMT: İraqda onlarla kütləvi məzarlıq tapılıb

Hazırda oxunan: BMT: İraqda onlarla kütləvi məzarlıq tapılıb

135550
İŞİD terror qruplaşması ötən aylarda İraqın müxtəlif regionlarından geri çəkilən zaman 50-dən çox kütləvi məzarlıq qoyub gedib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin İraq üzrə xüsusi elçisi Yan Kubiş cümə günü Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında bildirib.
Kubiş, həmçinin əvvəllər İŞİD-in nəzarətində olan ərazilərdə törədilən "dəhşətli cinayətlər"dən danışıb.
Onun sözlərinə görə, kütləvi məzarlıqlar İraq ordusunun terrorçular üzərinə hücuma keçməsindən sonra aşkar edilib. Belə ki, aprelin ortalarında Ramadi şəhərində yerləşən futbol stadionlarından birində 40-dan çox insan qalığının olduğu 3 məzarlıq tapılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin