Türkiyədə dəhşətli qəza - 1 ölü, 41 yaralı

Hazırda oxunan: Türkiyədə dəhşətli qəza - 1 ölü, 41 yaralı

104975
Türkiyədə İqdırdan İstanbula gedən sərnişin avtobusu qəzaya düşüb.

“Qafqazinfo”x9d Türkiyə KİV-nə istinadən xəbər verir ki, Osmancık-Tosya yolunda, Ardıç kəndi yaxınlığında avtobus idarəetməni itirirərək dərəyə aşıb.

Sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

Qəza yerinə Osmancık, Kargı və Dodurga mahallarından çox sayda təcili yardım sövq edilib.

Avtobusda sıxışan bəzi sərnişinlər xilasetmə qruplarının müdaxiləsi ilə xilas olub.

Təcili yardımlarla Osmancık Dövlət Xəstəxanasına aparılan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin