İsveç artıq miqrant qəbul etmək iqtidarında olmadığını bəyan edib

Hazırda oxunan: İsveç artıq miqrant qəbul etmək iqtidarında olmadığını bəyan edib

104275
İsveç digər Avropa İttifaqı ölkələrindən ərazisinə gələn miqrantların bir hissəsini qəbul etmələrini xahiş edəcək.
Moderator.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Stefan Lyoven bildirib.
Onun sözlərinə görə, İsveç artıq uzun müddətdir xeyli sayda qaçqın qəbul edir, lakin ölkədə vəziyyət çox gərgin olduğundan, bu məsuliyyəti digərlərinin öz üzərinə götürməsinin vaxtıdır.
Bu il İsveçə sığınacaq üçün ümumilikdə 190 min nəfərin gələcəyi gözlənilir. Ölkə əhalisini nəzərə alsaq, bura Almaniyadan çox miqrant gəlir. Bununla belə, İsveç hökuməti bu saydan nə qədər qaçqını digər ölkələrə göndərmək niyyətində olduğunu dəqiqləşdirməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin