Səbəblərlə bağlı ehtimallar, əsas şübhələr və ittihamlar
Ankarada baş vermiş Türkiyə tarixinin ən qanlı terror olayından bir həftə keçdi. Oktyabrın 10-da Türkiyənin bir sıra həmkarlar təşkilatlarının və HDP-nin xa0birgə keçirdiyi “Savaşa yox”x9d mitinqində baş vermiş iki ardıcıl partlayış nəticəsində son məlumatlara görə 102 nəfər həlak olub. 200-dən çox insan isə terror zamanı yaralanıb.xa0
Ankara prokurorluğu hadisə ilə bağlı 13 nəfərin həbs edildiyini açıqlayıb. Prokurorluğun yaydığı rəsmi məlumatda saxlananların terrorla əlaqəsini sübut edən dəlillərin əldə edildiyi də açıqlanıb.xa0
Türkiyənin baş naziri Əhməd Davudoğlu yerli telekanallara verdiyi müsahibəsində terror cinayətini həyata keçirənlərlə bağlı əsas bilgiləri əldə etdiklərini bildirib. Ancaq eyni zamanda baş nazir olayın əsas əlaqələndirici şəxsinin aradan çıxdığını da deyib. Maraqlıdır ki, o, bu məsələdə yerli medianı günahlandırıb, baş nazir ad çəkmədən qeyd edib ki, mətbuat orqanlarından birinin yazdığı xəbər istintaqın işinə təsir edib və eyni zamanda əsas əlaqələndiricinin aradan çıxmasına səbəb olub.
Türkiyə baş naziri Ankara terrorunun İŞİD tərəfindən həyata keçirildiyini, ancaq hazırda bu terrorun əsas sifarişçlərinin xa0müəyyən olunmasına çalışdıqlarını da qeyd edib. Eyni zamanda Davudoğlu İŞİD-ın içərisində Suriya rejiminə bağlı qrupların olduğunu, həmçinin PKK və YPG-nin daxilində müxtəlif ölkələrin təsir qruplarının olduğuna işarə edib. O deyib ki, vasitəçi və icraçı İŞİD-dır, buna şübhə yoxdur. Lakin istintaq önəmli bir məsafə qət edib və bu işin arxasındakı əsas sifarişçilər də, demək olar ki, müəyyənləşməkdədir: xa0“Biz aysberqin dibinə kimi enəcəyik”x9d, deyə baş nazir iddialı danışıb.xa0
Qeyd edək ki, Ankara terrorundan sonra hökumət bir müddət susqunluq nümayiş etdirdi. Ancaq bu susqunluq istintaqın gedişini izləmək kimi izah olunsa da, bu mərhələdə hökumətə qarşı ciddi basqılar oldu. Müxalifət, o cümlədən müstəqil media hökuməti terrorun qarşısının alınmaması, eyni zamanda istintaqın gedişi ilə bağlı tənqid etdi. Yalnız həftənin sonuna yaxın baş nazirin önəmli açıqlamalarla müşayiət olunan televiziya müsahibəsi və prokurorluğun açıqlaması gəldi.
Ankara terroru ölkədə narazı qrupları daha da qəzəbləndirib və hökumətə qarşı daha sərt hücumlar üçün əsas yaradıb. Həftənin əvvəlində ölkənin bir çox şəhərlərində müxtəlif müəssisə və qrupların, xüsusən də universitetlərin bir çoxunda terrora etiraz aksiyaları, o cümlədən hökumətə qarşı yönəlmiş etirazlar baş verdi. Bir sıra universitetlərdə, o cümlədən Ankara, Hacettepe, ODTÜ kimi AKP hökumətinə müxalif olan universitetlərdə etirazlar hələ də fərqli formalarda davam edir.xa0
Hökumət isə gözlənildiyi kimi, cinayətdə xarici faktor tezisini müdafiə edir. Baş nazir əsas icraçının İŞİD olduğunu desə də, onun arxasında başqa qüvvələrin olduğuna işarə etdi. Davudoğlunun bu açıqlamasını qüvvətləndirən amil İŞİD-ın Ankara terrorundan sonra səssiz qalması, terrorla bağlı hər hansı açıqlama verməməsidir. Bu isə Ankara terrorunun İŞİD-ın içərisindəki qruplardan biri tərəfindən, sifarişlə törədilməsi qənaətini gücləndirir.xa0
Lakin hökumətin terrorda daxili müxalifətə “yüklənməsi”x9d, hansısa media orqanının yazılarının terror təşkilatçılarının aradan çıxmasına imkan yaratması kimi açıqlamalar hökumətin bir mənada terrordan sonra qarşılaşdığı hücumların təsirini azaltmaq, qarşı tərəfə cavab zərbəsi kimi yozula bilər.xa0
Ankarada törədilən terror aktı Türkiyə dövlətinə qarşı yönəlmiş hücum sayılmalıdır, nəinki hansısa qrup və ya icmaya qarşı əməliyyat. Terrorun məhz sülh çağırışlı, kürdlərin də ağırlıq təşkil etdiyi sol yönümlü qrupların aksiyasında həyata keçirilməsi incə şəkildə hazırlanmış provokasiyadır. Və təbii ki, bu hadisələrin baş verməsində yerli hüquq-mühafizə orqanlarının məsuliyyətsizliyi, eyni zamanda son 3 ildə polis quruluşunda, o cümlədən daxili təhlükəsizliyə cavabdeh olan polis kəşfiyyatı sistemində məlum səbəblərdən baş verən kadr dəyişiklikləri bütövlükdə sistemin xa0zəifləməsinə səbəb olub. Türkiyənin ən yaxşı polis kadrosu “paralel yapı”x9d adı ilə ya işdən uzaqlaşdırılıb, ya da həbsxanalara atılıb. Yəni bir mənada hətta məsuliyyətsizlik olmasa belə, son illərdə tələsik aparılan kadr yerdəyişmələri, Camaata bağlı olduqları iddiası ilə mərkəzi şəhərlərdən əyalətlərə sürgün edilən yüksək rütbəli peşəkar polis zabitlərinin uzaqlaşdırılması son nəticədə iş prosesinə də təsir göstərə bilər. Təbii ki, hökumət də bu amili deyil, məhz məsuliyyətsizlik, eləcə də bəlli qrupların satqınlığı kimi ənənəvi metodlara üstünlük verir.xa0
Xüsusən də seçkilərə iki həftə qaldığını nəzərə alsaq, terrorla bağlı qarşılıqlı ittihamların, eləcə də yeni hədəflərin göstərilməsi hallarının artacağını deyə bilərik. /musavat.com/
































































































